21 
İyn
2022
18:25
42
214
5852
Virtual karabakh

Bakıda arvadını vəhşicəsinə qətlə yetirən şəxsin cəzası BƏLLİ OLDU

21 İyn, 2022
18:25
5852

Bakıda arvadını vəhşicəsinə qətlə yetirən şəxsin cəzası BƏLLİ OLDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevə hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü F.Qarayev arvadı, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.

Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Daha sonra F.Qarayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri