25 
İyn
2022
11:14
157
23
3347
Virtual karabakh

Tərtərdə itkin düşdüyü iddia edilən 21 yaşlı qız tapıldı

25 İyn, 2022
11:14
3347

Tərtərdə itkin düşdüyü iddia edilən 21 yaşlı qız tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtərdə naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırıldığı iddia edilən 21 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyənləşdirilərək Polis Şöbəsinə dəvət edilib:

“Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə mətbuatda məlumat dərc edilmişdi.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri