26 
İyn
2022
00:27
24
337
8028
Virtual karabakh

Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - YENİLƏNİB + FOTO

26 İyn, 2022
00:27
8028

Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - YENİLƏNİB + FOTO

Bu gün Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.

Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.

Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.

Fotoda: Qənirə Mehdixanlı və onu qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat

23:30

İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokuroluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri