30 
İyn
2022
15:15
8
287
5203
Virtual karabakh

Hamilə arvadını və azyaşlı qızını öldürən şəxsdən XƏBƏR VAR

30 İyn, 2022
15:15
5203

Hamilə arvadını və azyaşlı qızını öldürən şəxsdən XƏBƏR VAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il fevralın 13-də saat 7 radələrində Şəmkir rayonu Çinarlı kəndi ərazisində birgə yaşadıqları evdə Lalə Həsənova və azyaşlı qızı Qumru Həsənovanın qəsdən öldürülmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Şəmkir Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, Elməddin Həsənov qeyd edilən tarixdə birgə yaşadıqları evdə çarpayıda yatmış və hamilə vəziyyətində olduğunu bildiyi arvadı Lalə Həsənovaya əvvəllər aralarında baş vermiş mübahisə ilə əlaqədar bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürdükdən sonra sonuncunun yanında olan azyaşlı qızının ona mane olmasından hiddətlənərək həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Qumru Həsənovanı da qəsdən öldürüb.

Elməddin Həsənov Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri