İyl
2022
10:24
7
262
2434
Virtual karabakh

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

6 İyl, 2022
10:24
2434

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəhlə iş zamanı ölüb.

Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri