İyl
2022
18:48
7
228
1584
Virtual karabakh

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

6 İyl, 2022
18:48
1584

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cavid Nizami oğlu Səfərova atası Bakı şəhər sakini Nizami Ağalar oğlu Səfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri