24 
İyl
2022
19:03
31
482
7677
Virtual karabakh

Bərdədə həyat yoldaşının evini yandırıb, qızını bıçaqlayan şəxs şadlıq evində saxlanıldı - YENİLƏNİB + FOTO

24 İyl, 2022
19:03
7677

Bərdədə həyat yoldaşının evini yandırıb, qızını bıçaqlayan şəxs şadlıq evində saxlanıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, o, hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.

Bu gün Bərdədə “Mətin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

12:30

Bərdə də kişi arvadının evini yandırıb.

“Report” xəbər verir ki, hadisə ötən gecə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşı olub. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti yetirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri