27 
İyl
2022
15:20
172
12
1884
Virtual karabakh

Samuxda narkotik yetişdirən və oğurluq edən şəxslər saxlanılıblar - FOTO

27 İyl, 2022
15:20
1884

Samuxda narkotik yetişdirən və oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux Rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Səxavət Əliyev saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə olması müəyyən edilib.

Əraziyə baxış zamanı oradan 12 ədəd ümumi çəkisi 4 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumuna məxsus bir baş iri buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Valeh Qurbanov və tanışı Sənan İsmayılov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqları heyvanı 300 manat Gəncə şəhərində satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri