Avq
2022
09:40
395
25
5504
Virtual karabakh

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi - VİDEO

8 Avq, 2022
09:40
5504

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub.

Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilmir. Həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri