13 
Fev
2015
20:20
27
95
4782
Virtual karabakh

Kolbasa bıçağı ilə dostunu doğrayan şəxsə sərt cəza - FOTO

13 Fev, 2015
20:20
4782

Kolbasa bıçağı ilə dostunu doğrayan şəxsə sərt cəza - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar ev təmiri ilə məşğul olublar.

Ötən il aprelin 9-da Abşeronda tanışını xoşuna gəlmədiyi zarafata görə öldürməyə cəhd edən şəxsə hökm oxunub.

Oxu.Az xəbər verir ki, Bakı Ağır cinayətlər məhkəməsində Abşeron rayon sakini Elnur Ramazanovun (1978-ci il təv.) CM-nin 29,120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb. 
 
İttiham aktına əsasən, ötən il aprelin 9-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində Elnur Ramazanov münaqişə zəminində həmyerlisi Etibar Muradovu (1973-cü il təv.) bıçaqlayıb, nəticədə sonuncu Kliniki tibbi mərkəzə çatdırılmaqla, həyatı xilas edilib. Həmin gün şübhəli şəxs RPŞ əməkdaşları tərəfindən saxlanılıb.

İsintaqla müəyyən olunub, həmin gün Etibar Elnurun yanına gələrək, araq içmək istədiyini deyib, buna görə onlar yeni məhəllədə yerləşən marketə daxil olublar və spirtli içki aldıqdan sonra, onu mağazada içməyə başlayıblar. Bir neçə stəkandan sonra Muradov əlini atıb, kolbasa doğrayan bıçağı götürüb və Ramazanovun boğazına dirəyib. Bu zarafat Elnurun xoşuna gəlməyib və o həmin bıçağı əlindən alaraq, ilk zərbəni ona marketdə vurub. Yaralanan Etibar küçəyə qaçdıqda daha 4 zərbəni ona çöldə endirib. 

İlkin olaraq Abşeron RPŞ İstintaq şöbəsində CM-nini 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, sonra isə iş rayon prokurorluğuna verilib və həmin maddə diqər maddə ilə əvəz edilib. Qeyd edək ki, təqsirləndirilən və zərərçəkən şəxs fərdi qaydada ev təmiri ilə məşğul olublar.

Məhkəmə prosesində Elnur Ramazanov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

C.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri