18 
Avq
2022
17:52
244
24
2627
Virtual karabakh

Lənkəranda narkotik satan səkkiz nəfər saxlanılıb - FOTO

18 Avq, 2022
17:52
2627

Lənkəranda narkotik satan səkkiz nəfər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Həmin tədbirlər nəticəsində ümumilikdə 4 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elçin Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı həmin evin zirzəmisindən 2 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 215 qram heroin aşkarlanaraq götürülüb.  

Bundan əlavə, şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 7 nəfər saxlanılıb. Onların hər birindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 4-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri