19 
Avq
2022
23:25
17
178
2003
Virtual karabakh

Qaxda 30 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

19 Avq, 2022
23:25
2003

Qaxda 30 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaxda baş verən bıçaqlanma ilə bağlı bəzi detallar məlum olub.

APA xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərin birində olub. Kafedə müştəri olan Sahib Muxtarovla kafenin işlədən arasında mübahisə baş verib. Mübahisə zamanı kafeni işlədən şəxs Sahib Muxtarovu qarın boşluğundan bıçaqlayıb. Bıçaq Sahib Muxtarovun qaraciyərini zədələyib.

Hazırda kafeni işlədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir.

22:56

Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.

APA xəbər verir ki, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S.Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri