21 
Sen
2022
11:00
81
23
1523
Virtual karabakh

Bakıda sərnişinin ölümünə səbəb olan mikroavtobus sürücüsünə hökm oxunub

21 Sen, 2022
11:00
1523

Bakıda sərnişinin ölümünə səbəb olan mikroavtobus sürücüsünə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol qəzasında bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Cəmşid İsmayılova hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, C.İsmayılov ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 17 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 61-ci km-də 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini, İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi “Ford Transit” markalı 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan, 1984-cü il təvəllüdlü, Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi VAZ-2105 markalı 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan və xəsarət alan sərnişinlər - 2001-ci il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Füzuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar. Daha sonra Ə.Əlili Kliniki Tibbi Mərkəzdə ölüb.

Xatırladaq ki, C.İsmayılov Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri