23 
Sen
2022
17:54
454
10
2597
Virtual karabakh

Bakıda məktəblilərə narkotik satan qadına hökm oxundu

23 Sen, 2022
17:54
2597

Bakıda məktəblilərə narkotik satan qadına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Göyçək Əliməmmədovaya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan mərhum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, G.Əliməmmədova ötən ilin noyabrın 27-də saxlanılıb.

O, paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinib.

İstintaq orqanı tərəfindən G.Əliməmmədovanın barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri