23 
Sen
2022
15:17
17
458
5143
yuxarı
Gürcüstanda azərbaycanlı biznesmen qətlə yetirildi
23 Sen, 2022
15:17
5143
17
458
Gürcüstanda azərbaycanlı biznesmen qətlə yetirildi
İki gün əvvəl Gürcüstanın Saqareco (Qaraçöp) rayonunun Keşəli kəndində yaşayan azərbaycanlı iş adamı, 1986-cı il təvəllüdlü Həmzəyev Aydın Hacı oğlu qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, o, yaşadığı kənddə naməlum şəxs və ya şəxslər tərəfindən güllələnərək öldürülüb.
Biznes fəaliyyəti ilə məşğul olan 36 yaşlı azərbaycanlının hansı səbəbdən qətlə yetirilməsi məlum deyil. Faktla bağlı yerli istintaq idarəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, mərhumun yaxınları qətlin quldurluq (zorla pul tələbetmə) və ya qohumlar arasındakı qısqanclıq münasibətinə görə baş verdiyini ehtimal edirlər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək