Okt
2022
18:53
18
664
6406
Virtual karabakh

“Respublikanski”də ana və yeni doğulmuş körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

4 Okt, 2022
18:53
6406

“Respublikanski”də ana və yeni doğulmuş körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölən ana və uşaqlarla bağlı TƏBİB açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1985-ci il təvəllüdlü vətəndaş G.A. xəstəxanaya oktyabrın 2-si saat 04:04-də “40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)” diaqnozu ilə daxil olub.

Oktyabrın 2-si saat 10:40-da cinsi qız, çəkisi 2 900 qram, boyu 49 santimetr bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də “kəskin ağciyər, ürək-damar çatışmazlığı” diaqnozu, yenidoğulmuşun isə saat 11:55-də “ağır asfiksiya, mekonial aspirasiya” diaqnozu ilə bioloji ölümü baş verib.

Könül Cəfərli

10:05

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüblər.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib.

Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri