Mar
2015
11:18
172
59
8184
Virtual karabakh

Bakıda ata və oğulları yol polislərini döydülər

5 Mar, 2015
11:18
8184

Bakıda ata və oğulları yol polislərini döydülər

Faktla bağlı araşdırma aparılır.

Bakıda yol polisi ilə sürücü mübahisəsi insidentlə nəticələnib. 

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Mercedes” markalı 99 GV 350 nömrəli avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman sürücü və maşındakı ailə üzvləri olan sərnişinlərlə polis əməkdaşları arasında mübahisə düşüb. Sonradan isə mübahisələr əlbəyaxa davaya çevrilib.

Həmin zaman sərxoş olan sürücü İlqar Əliyev, atası İsmayıl Əliyev, qardaşı Fərid və Elşad Qasımov polis serjantı Rüfət Əlizadəni, polis baş serjantları Faiq Əhmədovu və Cavanşir Qasımovu döyərək xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri