16 
Noy
2022
11:54
21
151
2988
Virtual karabakh

Qonşusuna antibiotik vurub ölümünə səbəb olan qadın hakim qarşısına çıxarılır

16 Noy, 2022
11:54
2988

Qonşusuna antibiotik vurub ölümünə səbəb olan qadın hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda qadının antibiotikdən ölməsinə görə başlanmış cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cari ilin iyulun 7-də rayonun Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın anafilaktik şok nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış anafilaktik şokdan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri