24 
Noy
2022
18:01
19
516
10179
Virtual karabakh

Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin DETALLARI - YENİLƏNİB + VİDEO

24 Noy, 2022
18:01
10179

Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin DETALLARI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunda 2 yaşlı uşağın və nənəsinin bıçaqlandığı hadisənin təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, hadisəni törədən şəxs arvadının ondan boşanmasını istəməyib.

Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov qayınanasının yaşadığı evə gəlib və mübahisə düşüb. Nəticədə o, 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. O, iki yaşlı oğluna doqquz bıçaq zərbəsi vurub.

S.Kərimovun daimi olaraq arvadına işgəncə verdiyi bildirilir.

11:21

Kliniki Tibbi Mərkəz Səbail rayonunda bıçaqlanan 2 yaşlı uşağın və nənəsinin vəziyyəti ilə bağlı açıqlama verib.

KTM-nin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən sonra hər üç şəxs gecə saatlarında mərkəzə gətirilib:

“2020-ci il təvəllüdlü İ.Kərimov döş qəfəsinin açıq yarası ilə xəstəxanaya daxil olub və reanimasiya yerləşdirilib. 1976-cı il təvəllüdlü Əliyeva Əmin Zakir qızı da sol əlin kəsilmiş yarası ilə daxil olub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1990-cı il təvəllüdlü Saqi Kərimov boğaz nahiyəsinə xəsarət yetirib. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib və polis əməkdaşları tərəfindən saxlanılıb”.

09:50

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri