10 
Mar
2015
14:49
122
10
4502
Virtual karabakh

Sumqayıt polisi 2 “narkaboronu” saxladı – VİDEO

10 Mar, 2015
14:49
4502

Sumqayıt polisi 2 “narkaboronu” saxladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alıb atdım başımın altına”.

Sumqayıt polisi şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb. 

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, əməliyyat zamanı vətəndaşlardan heroin və marixuana götürülüb. 

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində şəhərin 13-cü mikrorayonunda yaşayan 29 yaşlı Ramin Əhmədov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman cibindən narkotik maddə hesab edilən 1.665 qram heroin aşkarlanaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkumluq həyatı yaşamayıb.

Sumqayıt polisinin keçirdiyi daha bir əməliyyat nəticəsində 45-ci məhəllədə qeydiyyatda olan Bakı şəhər Nizami rayon 8-ci kilometr qəsəbəsi ərazisində kirayədə yaşayan 26 yaşlı Vahid Məcidov saxlanılıb. 

Vahid Məcidov - saxlanılan şəxs: “Özüm çəkəniyəm də. Birdəfəlik alıb atdım başımın altına, hər dəfə gedib almayacağam ki”.

Onun əlində gəzdirdiyi sellofan torbaya baxış zamanı oradan narkotik maddə hesab edilən 445 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.

Hər iki faktla bağlı araşdırma aparılır. Hazırda polis narkotik vasitələrin haradan əldə edildiyini araşdırır.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri