24 
Noy
2022
11:36
107
6
1167
Virtual karabakh

Şəmkirdə piyadanı vurub qaçan sürücü TUTULDU

24 Noy, 2022
11:36
1167

Şəmkirdə piyadanı vurub qaçan sürücü TUTULDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə piyadanı vurub öldürərək, hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, noyabr ayının 17-də Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolunda naməlum kişi meyiti olması barədə məlumat daxil olub.

Məlumat ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıblar. İlkin araşdırmaların nəticəsində ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomobil vurması nəticəsində ölməsi məlum olub.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun VAZ-2106 markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib və o saxlanılıb.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri