29 
Noy
2022
09:16
23
162
6636
Virtual karabakh

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO/VİDEO

29 Noy, 2022
09:16
6636

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.

APA-nın əldə etdiyi xəbərə görə, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

O, hazırda həkim nəzarətindədir.

Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə APA-ya təsdiq edib.

Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri