29 
Noy
2022
22:52
23
355
10098
Virtual karabakh

Bakıda evə basqın zamanı ölən və yaralananların olması faktı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

29 Noy, 2022
22:52
10098

Bakıda evə basqın zamanı ölən və yaralananların olması faktı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.

22:45

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, yaralı ailə üzvləri bildiriblər ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüblər.

21:52

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri