Dek
2022
13:02
96
27
1945
Virtual karabakh

Daşkəsəndə gəlinini xüsusi amansızlıqla qətlə yetirən şəxs hakim qarşısına çıxarılır

2 Dek, 2022
13:02
1945

Daşkəsəndə gəlinini xüsusi amansızlıqla qətlə yetirən şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Belə ki, 22.08.2022-ci il tarixində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürüb.

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri