Dek
2022
11:32
209
13
2508
Virtual karabakh

Şəmkir polisindən ƏMƏLİYYAT: Külli miqdarda narkotik ələ keçdi - FOTO

5 Dek, 2022
11:32
2508

Şəmkir polisindən ƏMƏLİYYAT: Külli miqdarda narkotik ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir sakinlərindən külli miqdarda narkotik götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri - Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E.İbrahimovun daha əvvəllər də İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri