Dek
2022
17:38
15
451
11646
Virtual karabakh

Qardaşın müalicə üçün Bakıya gətirdiyi bacısı özünü öldürdü - YENİLƏNİB + VİDEO

8 Dek, 2022
17:38
11646

Qardaşın müalicə üçün Bakıya gətirdiyi bacısı özünü öldürdü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda özünü binadan atan qadın nevroloji müalicə alırmış.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, qadını qardaşı Bakıya müalicə üçün gətiribmiş.

13:43

Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, həmin şəxsin 65 yaşlı Əsədova Tamilə Məhərrəm qızı olduğu üzə çıxıb.

Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

11:58

Bakıda qadın özünü 4-cü mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Qardaşıgilə qonaq gələn qadının özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi bildirilir.

65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri