17 
Mar
2015
11:08
103
43
21065
Virtual karabakh

Baş Prokurorluq rektor qızının döyülməsi ilə bağlı protest verdi

17 Mar, 2015
11:08
21065

Baş Prokurorluq rektor qızının döyülməsi ilə bağlı protest verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xuliqanı azadlığa buraxan məhkəmə hakiminin qərarından.

Azərbaycanın Baş Prokurorluğu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protesti verib.

Bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanovun sözlərinə görə, apellyasiya protesti Bakı şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinin çıxardığı qərara qarşı verilib.

“Həmin protestə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.

Qeyd edək ki,  Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur və Elin Məmmədov qardaşları tərəfindən fiziki işgəncəyə məruz qalıb.

Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib və Z.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri