17 
Mar
2015
14:18
23
82
30149
Virtual karabakh

Döyülən rektor qızının rəfiqəsi: Ülkərlə başqa bir oğlan...

17 Mar, 2015
14:18
30149

Döyülən rektor qızının rəfiqəsi: Ülkərlə başqa bir oğlan...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar”.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva onu döyənlərdən əvvəlcə şikayətçi olmasa da indi qərarını dəyişdirib. 

Oxu.Az xəbər verir ki, bunu hafta.az-a Ü.İsayevanın yaxın rəfiqəsi bildirib. Adının çəkilməsini istəməyən xanım daha maraqlı faktlar açıqlayıb:

“Həmin gün Ulya 8 Martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər. Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkərlə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, “özündən tez çıxan” olduğunu bilənlər çoxdur. Onların kimin oğlu olduğunu da hamı yaxşı bilir. Muxtar Şirinoviçin adı Bakıda çox məşhurdur. Zaurgil imkanlı adamlardır. Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar. Ülkər onunla münasibətdə olduğunu heç kimdən gizlətmirdi onsuz da. Gecələr şəkillər çəkdirib rahatca İnstagram-a qoyurdu. Onlarla birlikdə olduğunu hamıya nümayiş etdirmək istəyirdi. Çünki çoxlarının Zaur və Elindən necə qorxduğunu yaxşı bilirdi. İndi isə İnstagram səhifəsini bağlayıb”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri