17 
Mar
2015
19:04
44
146
9397
Virtual karabakh

Rektor qızını döyənlərin məhkəməsi təxirə salınıb

17 Mar, 2015
19:04
9397

Rektor qızını döyənlərin məhkəməsi təxirə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ülkər İsayeva Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını bildirib”.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən Zaur və Elin Məmmədovların işinə hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda baxılıb.
 
Təqsirləndirilən şəxslərin anası Gülnarə Məmmədova jurnalistlərə açıqlamasında bildirib ki, proses sabaha təxirə salınıb.
 
G.Məmmədova qadının döyülməsini özündə əks etdirən videogörüntülərə baxdığını, lakin həmin görüntülərdəki şəxslərin onun övladları olmadığını deyib: “Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”.
 
Ülkər İsayevanı döydükləri iddia edilən Elin və Zaur Məmmədov qardaşlarının vəkili Cavid Alıyev isə AzVision.az-a açıqlamasında Ülkərin Zaur Məmmədovdan şikayətçi olmadığını bildirib:

“Bu mübahisə kamera görüntülərində qeydə alındığına görə, istintaq oraqanı məsələni böyüdüb. Onlar bunu ictimai qayda pozuntusu, cəmiyyətə hörmətsizlik göstərmək kimi qələmə vermək istəyirlər. Zərərçəkən kimi qələmə verilən Ülkər İsayeva da həm istintaqda, həm də məhkəmədə Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını bildirib”.
 
Vəkil rektorun qızını döyən qardaşların atasının avtoritet olması haqda iddialara da aydınlıq gətirib.
 
“Qardaşların atası Muxtar Məmmədov məmur deyil. O hər hansı bir dövlət vəzifəsi daşımır. O, adi bir işlə məğul olur. Avtoritet deyil. Qardaşlar adi bir şirkətdə işləyirlər. Onlar məmur övladları deyillər”.
 
C.Alıyev həmçinin qeyd edib ki, hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
 
“Hazırki mərhələdə həmin qardaşlara Cinayət məcəlləsinin 221.2.1 maddələri ilə (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) ittiham verilib. Biz o ittihamı qəbul etmirik. Hesab edirik ki, toplanmış sübutlar həmin qardaşların bu maddə ilə ittiham edilməsi üçün yetərli deyil. Hazırda onların barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir”.

Qeyd edək ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri