18 
Yan
2023
12:30
114
21
3153
Virtual karabakh

Ramiz Zeynalovun qardaşı oğlunun 4,3 milyon manatını mənimsəməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

18 Yan, 2023
12:30
3153

Ramiz Zeynalovun qardaşı oğlunun 4,3 milyon manatını mənimsəməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş aşağı instansiya məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rahib Hüseynov “Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır.

İttiham aktına əsasən, Emil Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Zərərçəkmiş qismində tanınan Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı oğludur.

Rahib Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə son sözündə məmur övladlarının toruna düşdüyünü deyib:

“Arif Əsgərovun oğlu Elnar Əsgərovun, Tovuz icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun oğlunun oyunlarına görə həbsdəyəm. Onlar indi kef edir, mən isə gün sayıram. Elnar ölkəyə gətirdiyi malı dövlətə dəfələrlə baha qiymətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan sonra həmin adamlara 40 milyon ödəyib”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri