19 
Yan
2023
20:35
268
288
23812
Virtual karabakh

Bakıda banka hücum edən şəxsin zərərsizləşdirilmə anı - YENİLƏNİB + VİDEO

19 Yan, 2023
20:35
23812

Bakıda banka hücum edən şəxsin zərərsizləşdirilmə anı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamalda banka hücum edən şəxsin zərərsizləşdirilmə anının götüntüsü yayılıb.

Oxu.Az həmin görüntünü təqdim edir.

Qeyd edəki ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Həmin vaxt xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

13:23

Bakıda banka basqın olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, hadisəni törədən şəxs zərərsizləşdirilib.

Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri