23 
Yan
2023
13:28
282
8
2387
Virtual karabakh

Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs TUTULDU - VİDEO

23 Yan, 2023
13:28
2387

Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs TUTULDU - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.  

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri