26 
Yan
2023
15:44
184
17
1656
Virtual karabakh

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

26 Yan, 2023
15:44
1656

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

“Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri