31 
Yan
2023
09:20
122
12
2142
Virtual karabakh

Bir ailənin üç üzvünü bıçaqlayan şəxs ƏLƏ KEÇDİ

31 Yan, 2023
09:20
2142

Bir ailənin üç üzvünü bıçaqlayan şəxs ƏLƏ KEÇDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub. 

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Babək Nəsirovu Sumqayıt şəhərində saxlayaraq istintaqa təhvil veriblər. 

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunublar. 

Həmin şəxsləri Elnurə Əlimərdanovanın keçmiş həyat yoldaşı Babək Nəsirov yaşadıqları evdə bıçaqlayıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri