Fev
2023
22:36
36
620
14660
Virtual karabakh

Bərdədə baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölənlərin adları AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

2 Fev, 2023
22:36
14660

Bərdədə baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölənlərin adları AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax-Ağdam-Laçın yolunun 38 kilometrində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin adları açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, bunlar 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu, 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1988-ci il təvəllüdlü Baxşaliyeva Məfdunə Məhərrəm qızıdır.

20:24

TƏBİB Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində yaralananlarla bağlı məlumat verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib. Hazırda bir nəfərin müalicəsinə davam edilir. Vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilib.

19:43

Bərdədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan biri vəfat edib.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində yaralanan digər şəxsin vəziyyəti ağır olaraq qalır:

“Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

19:07

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, iki nəqliyyat vasitəsi toqquşub və qəza nəticəsində ölənlər var.

Hadisəni Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.

İdarənin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, qəza Yevlaz-Ağdam-Laçın yolunun 38-ci kilometrində Bərdə rayonu Kətəlparaq kənd ərazisində qeydə alınıb:

“Niva” markalı, 90-EA-774 nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı, 34-BK-302 dövlət nömrə nişanlı maşınlar toqquşub. İlkin mılumata görə, qəzada üç nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri