Fev
2023
12:28
15
96
3229
Virtual karabakh

Bakıda qeyri-adi ŞANTAJ: Bazarlıq etdirib, restoranda hesab ödətdilər

3 Fev, 2023
12:28
3229

Bakıda qeyri-adi ŞANTAJ: Bazarlıq etdirib, restoranda hesab ödətdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gənc qız şantaj olunub. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini G.V. polisə ərizə ilə müraciət edərək, Nadir və Sevinc adlı şəxslər tərəfindən şantaj olunduğunu bildirib.

Şikayətçi qeyd edib ki, adıçəkilən şəxslər onun şəxsi həyatına aid şəkilləri yayacaqları ilə hədələyib, ona ərzaq, ayaqqabı, bahalı geyim əşyaları aldırıblar. 

Bundan başqa, həmin şəxslər G.V. ilə Bakıdakı bahalı restoranlardan birinə gedərək yeyib-içdikdən sonra hesabı da ona ödədiblər. 

Daxil olan şikayət əsasında polisdə araşdırma aparılır.  

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri