Fev
2023
14:56
177
5
1231
Virtual karabakh

Göyçayda narkotikə görə üç nəfər saxlanılıb - VİDEO

4 Fev, 2023
14:56
1231

Göyçayda narkotikə görə üç nəfər saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində tutulub.

Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini - Ağabala və Sadiq Əliyevlər tutulublar. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə - heroin aşkarlanıb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb və saxlanılanların hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri