Fev
2023
16:28
19
181
2981
Virtual karabakh

Şadlıq sarayında bıçaqlanan tamada: “Mən onlardan pul almamışam”

4 Fev, 2023
16:28
2981

Şadlıq sarayında bıçaqlanan tamada: “Mən onlardan pul almamışam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən davanı sakitləşdirmək üçün yaxınlaşdım. Mənə 2 yox, 3-4 bıçaq zərbəsi vurulub”.

Bu sözləri “Qafqazinfo”ya ötən ilin yayında şadlıq evlərinin birində bıçaqlanan tamada Natiq Dağlaroğlu deyib.

N.Dağlaroğlu onu bıçaqlayan Məmməd Hüseynovun məhkəmədə haqqında verdiyi ifadə ilə bağlı da danışıb. O bildirib ki, qarşı tərəfdən pul almayıb.

“Barışıq olandan sonra gedib Ağır Cinayətlər Məhkəməsində ifadə vermişəm. Prokuror, hakim qarşısında çıxış etmişəm. Mən onlardan heç bir pul almamışam”.

Xatırladaq ki, 9 min manat iddiası məhkəmə prosesində verilən ifadələr zamanı səsləndirilmişdi.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri