Fev
2023
10:52
290
8
2487
Virtual karabakh

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb - FOTO/VİDEO

7 Fev, 2023
10:52
2487

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 6-da saat 00:18-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən bir nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilib. O, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf edib.

Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə marixuana, 0,005 qram heroin, 0,005 qram metamfetamin, 10 ədəd “Metadon M-40” həbi, şəxsi istifadə üçün bir büküm tiryək və iki büküm marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri