Fev
2023
18:36
223
28
2229
Virtual karabakh

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb - VİDEO

7 Fev, 2023
18:36
2229

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai və Qaradağ rayonlarında transformator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transformatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transformator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri