Fev
2023
08:30
29
311
7850
Virtual karabakh

Azərbaycanda tələbə otaq yoldaşını öldürdü

8 Fev, 2023
08:30
7850

Azərbaycanda tələbə otaq yoldaşını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri