Apr
2015
17:00
21
106
17053
Virtual karabakh

4 nəfər tərəfindən zorlanan qız: Məni videoya çəkiblər

3 Apr, 2015
17:00
17053

4 nəfər tərəfindən zorlanan qız: Məni videoya çəkiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəklini oturduğun yerdə çəkmişik”.

Tovuz rayonunun Əyyublu kənd sakini 20 yaşlı G.N. adlı, 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı iddia olunun qız müsahibə verib.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, qızın bildirdiyinə görə, o evlərindən çıxıb nənəsigilə gedirmiş, Elməddin Niyazov adlı şəxs ona yaxınlaşıb başından vurub, zorla avtomobilə mindirib.

Zorlandığı iddia olunan qızın sözlərinə görə, avtomobildə olduğu müddətdə onu döyüblər. 

“O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzdən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, “Mənimlə danışmalısan, danışmasan, sənin şəklini internetə qoyacağıq. Şəklini oturduğun yerdə çəkmişik. Səni soyundurub internetə yerləşdirəcəyik”.

Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar.

Elməddin məhkəmədə boynuna aldı ki, mənim mobil nömrəmi Kamaldan alıb. Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar.

Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq etdi. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var. Dediklərinə görə məni videoya çəkiblər, amma mən görməmişəm”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri