18 
Mar
2023
10:50
151
16
2300
Virtual karabakh

DİN və DSX-dən birgə əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO

18 Mar, 2023
10:50
2300

DİN və DSX-dən birgə əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayının 18-də saat 03:40-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib, avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri