18 
Mar
2023
16:49
124
34
2502
Virtual karabakh

Azərbaycanda arvadını qətlə yetirməkdə şübhəli bilinən kişi təslim oldu

18 Mar, 2023
16:49
2502

Azərbaycanda arvadını qətlə yetirməkdə şübhəli bilinən kişi təslim oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

Martın 18-i-si saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Sevda Ramazanovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri