22 
Mar
2023
13:42
328
12
3605
Virtual karabakh

Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb

22 Mar, 2023
13:42
3605

Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri