27 
Mar
2023
13:12
180
11
2088
Virtual karabakh

Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb - FOTO/VİDEO

27 Mar, 2023
13:12
2088

Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçiriblər.

Belə ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi, çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və iki kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin bayır hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Maştağa qəsəbəsi, eləcə də Sabunçu rayonunun digər ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri