27 
Mar
2023
12:32
242
8
2882
Virtual karabakh

Yevlax rayonunda polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı - FOTO

27 Mar, 2023
12:32
2882

Yevlax rayonunda polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə baxış keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.  

Bundan başqa son tədbirlər zamanı daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə bir kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri