28 
Mar
2023
18:52
172
7
1285
Virtual karabakh

Narkotik alveri ilə məşğul olan taksi sürücüsünə hökm oxundu

28 Mar, 2023
18:52
1285

Narkotik alveri ilə məşğul olan taksi sürücüsünə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Balahəsən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend” xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini boynuna alıb. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Üzərinə keçirilən baxış ondan heroin aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri