30 
Mar
2023
11:08
17
166
4085
Virtual karabakh

Bərdədə kişi qadını kafedə qətlə yetirdi

30 Mar, 2023
11:08
4085

Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə qadın bıçaqlanıb.

Bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 30-u axşam saat 12 radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri