30 
Mar
2023
19:16
318
17
2238
Virtual karabakh

Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutuldu - VİDEO

30 Mar, 2023
19:16
2238

Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri